Sarkoziyə qarşı 3 maddə üzrə cinayət işi qaldırıldı

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 25 saat dindirildikdən sonra, ona qarşı cinayət işi qaldırılıb.

Bu haqda “Le mond” qəzeti məlumat yayıb. Prokurorluq sarkoziyə qarşı rəsmi ittihamlar irəli sürüb.

Keçmiş prezident passiv korrupsiyada, öz seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə və Liviyanın dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, Sarkozi martın 20-də saxlanılıb. O, 2007-ci ilin seçki kampaniyasında Liviyanın devrilmiş diktatoru Muammar Qəddafidən 50 milyon avro pul almaqda şübhəli bilinir. 

Sarkoziyə qarşı rəsmi ittiham elan edildikdən sonra o, girov müqabilində məhkəməyədək sərbəst buraxılıb. Keçmiş prezident polisin nəzarəti altında olacaq.

 

Bastainfo.com