Savçenko həbs edildi

Bu gün Ukrayna parlamenti deputat Nadejda Savçenkonun deputat toxunulmazlığını götürülməsi haqqında qərar qəbul edib.

Ukrayna KİV-lərinin yaydığı məlumata görə, bundan dərhal sonra Savçenko Radanın binasında həbs edilib.

Radanın belə qərar verməsinin səbəbi Savçenkonun Kiyevdə terror aktı hazırlaması haqda ittihamlardır. Ukrayna prokurorluğunun açıqlamasına görə, Savçenko qumbaraatanlar və minaatanlar vasitəsilə Radanın binasını partlatmaq istəyib.

Bildirilir ki, bu ittihamlar qondarma “DNR” ərazisindən silah-sursatla birgə Ukrayna ərazisinə keçməyə cəhd edərkən saxlanılan Vladimir Rubanın cinayət işinə əsaslanır. 

Savçenko ittihamları inkar etməyib.

“Yalnız tənbəl adam Ukraynanın Prezident Administrasiyasını və parlamentini partlatmaq haqqında düşünməyə bilər”, – RİA Novostinin məlumatına görə, Savçenko belə deyib.

 

Bastainfo.com