Tereza May AB-nin sammitinə əlidolu gedir

Britaniya Skripalın zəhərlənməsi ilə bağı məxvi kəşviyyat məlumatlarını müttəfiqlərinə təqdim etməyə hazırdır

Rusiyalı diplomatlar Böyük Britaniyanın ardınca,  Avropanın digər ölkələrindən qovula bilər.

Bloomberg diplomatik mənbələrə istinadən xəbər verir ki, rəsmi London öz müttəfiqlərini bu addımın vacibliyinə inandırmağa çalışır.

Britaniyanın baş naziri Tereza Mey Rusiyanın keçmiş polkovniki Serqey Skripal və onun qızının Moskvanın sifarişi ilə zəhərlənməsinə Avropa Birliyinin digər ölkələrindən münasibət bildirmələrini istəyib.  Buna nail olmaq üçün Britaniya öz məxvi kəşviyyat məlumatlarını müttəfiqlərinə təqdim etməyə hazırdır.

Bu gün AB liderlərinin sammiti keçiriləcək. Agentliyin məlumatına görə, sammitdən sonra Tereza Mey AB liderləri ilə şam yeməyi arxasında keçirəcəyi görüşdə “Rusiya probleminin uzun illər davam edəcəyini, Moskva isə Avropa üçün təhlükə olduğunu” vurğulayacaq. Tereza Mey AB liderlərini rusiyalı diplomatları qovmağa, “Putinin şpionlarından” xilas olmağa çağıracaq.
 
Britaniya rəsmiləri bəyan edir ki, bütün dünya, o cümlədən AB, Rusiyaya göstərməlidir ki, ikinci dünya müharibəsindən sonra ilk dəfə sinir sistemini iflic edən zəhərli maddədən istifadə olunması cəzasız qalmayacaq.
 
Mustafa Hacıbəyli
 
Bastainfo.com