Tramp Çin məhsullarına qarşı memorandum imzaladı

ABŞ rəhbərliyi Çini dəfələrlə əqli mülkiyyətin oğurluğunda ittiham edib. Tramp ciddi tədbirlərin görüləcəyinə söz verib.

Bu gün ABŞ prezidenti Donald Tramp satış nümayəndəsi Robert Laythayzeruyə  hər il 50 milyard dollar dəyərində Çin mallarına əlavə idxal rüsumları qoyulması tapşırığını verib, – Bloomberg Ağ Evə  istinadən məlumat verir.

Laythayzerə əlavə vergi qoyulması üçün Çin mallarının siyahısını 15 gün ərzində hazırlamaq tapşırılıb.

CNBC qeyd edib ki, yeni məhdudlaşdırıcı tədbirlər texnologiya sektorunda Amerika məhsullarını sıxışdıran müəyyən mallara təsir göstərəcək.

Daha əvvəl məlumat verilmişdi ki, Vaşinqton Çin mallarının idxal rüsumlarına təxminən 60 milyard dollar həcmində əlavələr tətbiq etməyi planlaşdırır.

Tramp artıq martın 23-də qüvvəyə minən polad – 25%, alüminium – 10% həcmində Çin məhsullarının idxal rüsumlarına əlavələr tətbiq edib. O, Meksikanı və Kanadanı əlavə ödənişlərdən azad edib. Laythayzer məlumat verib ki, ABŞ Avropa İttifaqı və dörd müttəfiqli – Avstraliya, Argentina, Braziliya və Cənubi Koreyanı polad və alüminium məhsullarının əlavə rüsumlarından azad edəcək.

Heybət Əmrah

Bastainfo.com