Çin və ABŞ Donanmaları Cənubi Çin Dənizi sularında üz-üzə gəldi

Çin Vaşinqton administrasiyasını Cənubi Çin dənizinə daxil olmaqda ittiham edib.

Pekin-Vaşinqton arasında gərginlik ABŞ prezidenti Donald Trampun “əlavə gömrük rüsumu” ilə başlayan ticarət müharibəsi böhranından sonra bu dəfə hərbi gəmilər müstəvisinə keçib.

Çin Cənubi Çin dənizində Vaşinqtonun addımlarını “hərbi təxribat” adlandırıb. Çin Dəniz Qüvvələri Cənubi Çin dənizində hərbi təlim keçirəcəklərini açıqlayıb.

Çin Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “ABŞ hərbi donanması Cənubi Çin dənizində Çin sularına girdi və Çin Dəniz Qüvvələri tərəfindən xəbərdar edildi”.

Açıqlamada ABŞ-ın bu hərəkətinin Çinin suverenliyini pozduğunu iddia edilib, ABŞ raketləri qırıcıları Huangshan və Zhenjiang frigatlarının bölgədən ayrılmasına çağırılıb. Nazirlik sözçüsü ABŞ-ın iki ordu arasındakı əlaqələrə zərər verdiyini ifadə edərək, “Bu Çin ilə ciddi bir hərbi təcavüzdür və Çin ordusu qətiyyətlə buna qarşı çıxır”, – dedi.

Bundan əlavə, Çin Dəniz Qüvvələri müxtəlif dəniz mühitində hərbi təlim keçirəcəkləri bildirib. Kontekstdə, bu təlimlərin hər hansı bir ölkə və ya hədəfə qarşı deyil, illik təlim planının bir hissəsi olduğu ifadə edilib.

İlk təlimdə Çin Donanması bu il Cənubi Çin dənizində çıxış edəcək, ölkənin ilk təyyarə gəmisi “Liaoning” də təlimlərə cəlb edildiyi ifadə edilib.

Çin bəzi Cənubi Çin dəniz adaları və qayaların üzərində suverenlik mübahisələri yaşayır.

Heybət Əmrah

Bastainfo.com