Səudiyyə Ərəbistanında qadın nazir müavini təyin edildi.

Qadınlara bir çox qadağaların olduğu Səudiyyə Ərəbistanında Əmək və Sosial İnkişaf nazirinin müavini Temadir bint Yusuf ər-Remah oldu

Səudiyyə Ərəbistanı iqtisadiyyatının neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və fərdi təşəbbüslərin dəstəklənməsi məqsədi ilə qadınlara istiqamətli məhdudiyyətlərin aradan qaldırması iqtisadi və ictimai həyata dair əhatəli islahatlarla gündəmdən düşmür.

Dünyada qadın hüquqlarının ən çox müzakirə edildiyi ölkələrdən biri olan Səudiyyə Ərəbistanı qadınlara seçmək, seçilmək hüquqları və idman tədbirlərində iştiraka icazə verilməsi istiqamətində aldığı bir sıra qərarın ardından bunlara daha bir yenisini əlavə etdi.

Vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın Misirə və İngiltərəyə reallaşdırdığı səfərlərdən dərhal sonra yayımlanan qərarlarda Baş qərargah rəisi başda olmaqla ordu rəhbərliyində və bəzi nazirliklərdə edilən yeni dəyişikliklərlə vəzifəyə gətirilənlər arasında Əmək və Sosial İnkişaf nazirinin müavini Temadir bint Yusuf Ər-Remah adlı qadın da var.

Heybət Əmrah

Bastainfo.com