Skripalın qızı komadan ayıldı

İngiltərədə zəhərlənənən keçmiş xəfiyyə Sergey Skripalın qızı bu gün özünə gəlib. Bu barədə ingilis qəzeti “The Times” yazır.

Nəşrə görə, 33 yaşındakı Culiya martın 4-də Salisbury xəstəxanasına aparıldıqdan sonra ayılıb. Ancaq yenidən huşunu itirib. Onun 66 yaşlı atası isə bütün bu vaxta qədər komada qalıb.

Artıq xəbər verilib ki, Sergey və Julia beyin iflic edən dərmandan zəhərləniblər.

Bundan əvvəl İngilis məhkəməsi özləri komada olduqlarından razılıqları alınmaq imkanı olmadığı üçün Skripal və qızından qan analizi almağa icazə verib. Məlumatlara görə, ekspertiza zəhərlənmə ilə bağlı ehtimalları təsdiqləyib.

Mart ayının əvvəllərində Salisbury şəhərində casus və qızının zəhərlənməsi beynəlxalq qalmaqala səbəb olub. London baş verənlərdə Rusiyanı günahlandırır, Moskva ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Martın 14-də İngiltərə 23 Rusiya diplomatının ölkəsindən çıxarılmasını açıqladı və ayrıca Rusiya ilə bütün ikitərəfli təmaslarını dayandırdığını elan etdi. Moskva İngilis səfirliyindən eyni sayda diplomatı geri göndərməklə qarşı tərəfə cavab verdi.

Heybət Əmrah

Bastainfo.com