Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu verdi

Türkiyə Suriya ilə sərhəd rayonlarda terror qruplaşmalarına qarşı yeni hərbi əməliyyatlar keçirməyə hazırdır.

Bu barədə şənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Türkiyə üçün terrorçuların harada olmaqlarının fərqi yoxdur. Biz onları məhv etmək üçün hər şeyə hazırıq”, – prezident qeyd edib.

Ərdoğan həmçinin bildirib ki, bir çox Suriya şəhərləri, o cümlədən Mənbic, Təll-Abyad, Ras-əl-Aynanın əhalisi, Türkiyənin gəlişini lehinədir.

“Heç kimin Türkiyənin Suriyanı işğal edir deməyə hüququ yoxdur”, –  prezident vurğulayıb.

 

Oxu.az