Bloomberg: Tramp Rusiya diplomatlarını ABŞ-dan qovmağa hazırlaşır

ABŞ prezidenti Donald Tramp Serqey Skripal və onun qızının Britaniyada zəhərlənməsinə cavab olaraq Rusiyanın onlarla diplomatını ölkəsindən qovmağa hazırlaşır, – məlumatı Bloomberg yayıb. 

Bildirilir ki, Tramp administrasiyası bu barədə rəsmi qərarı martın 26-da, gələn həftənin ilk iş günü açıqlayacaq.

Qarşıdakı günlərdə Avropanın 20 ölkəsinin Rusiya diplomatlarını qovacağı gözlənilir. Məlumata görə, Tramp öz qərarını açıqlamaq üçün Almaniya və Fransanın bu barədə qərarlarının rəsmiləşməsini gözləyir. 

Qeyd edilir ki, Donald Tramp rusiyalı diplomatların ölkədən çıxarılması ilə bağlı Böyük Britaniyadan gələn təklifi cümə günü öz müşavirləri ilə müzakirə edib. O, bundan sonra ABŞ-ın Rusiyadakı səfiri Jon Hartsmanla, eləcə də maliyyə naziri və prokurorla məsləhətləşmələr apardıqdan sonra diplomatların çıxarılmasına qərar verib.

Ağ Ev rəsmiləri Bloomberg-in bu məlumatını şərh etmək istəməyiblər. 

 

Mustafa Hacıbəyli

Bastainfo.com