Fransada terrorçunun supermarketə hücumu zamanı 3 nəfər ölüb, 16 nəfər yaralanıb

Fransanın Treb şəhərində silahlı terrorçunun supermarketə hücumu zamanı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “Le Figaro” xəbər verib.

Məlumata görə, insanları girov götürmüş  Mərakeş əsilli Fransa vətəndaşı, 26 yaşlı Reduan Lakdimi xüsusi əməliyyat zamanı məhv edilib.

İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Hazırda insidentlə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır