Rus eksperti ölkəsinin ABŞ qarşısında gücsüzlüyünü etiraf etdi

Hərb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının raket və artilleriya üzrə vitse-prezidenti, birinci dərəcəli kapitan Konstantin Sivkov Rusiya və ABŞ-ın dəniz, hava və quru qüvvələrinin imkanlarını müqayisə edib. Ekspertin məqaləsi «Venno-promışlennıy kuryer» dərgisində çap edilib.

 “ABŞ Hərbi Dəniz təyyarə daşıyıcılarına görə Rusiyanı 12 dəfə, böyük yüksək sürətli döyüş gəmilərinə görə 6.5 dəfə, qırıcılar üzrə 5 dəfə, çoxməqsədli nüvə sualtı gəmilərinə görə 4 dəfə üstələyir”, – ekspert deyir.

Onun sözlərinə görə, yaxın dəniz zonasında qeyri-nüvə sualtı gəmiləri  ilə (yüngül artilleriya ilə döyüş gəmisi, kiçik raket gəmiləri və müxtəlif təyinatlı gəmilər) Rusiya Donanması üstündür. “Ancaq Rusiyanın bu sahədə üstünlüyü ABŞ müttəfiqlərinin, xüsusilə də NATO ölkələrinin dəniz qüvvələrinin birgə üstünlüyündən kompensasiya edə bilməz”, – Sivkov deyib.

“Aerokosmik sahədə də vəziyyət yaxşı deyil. Döyüş təyyarələrinə görə (düşmən təyyarələrinin vurulması üçün  təyyarələr, bombardmançı, hücum təyyarələri) Amerika təxminən dörd dəfə üstündür. ABŞ aviasiyasının ümumi kəmiyyət üstünlüyü demək olar ki, səkkiz dəfədir “, – ekspert hesab edir.

Rusiyanın beşinci nəsil qırıcı Su-57 kimi layiqli silaha malik olmasına baxmayaraq, Sivkova görə, onlar Amerika Birləşmiş Ştatları üzərində üstünlüyə nail olmaq üçün kifayət deyil. Bununla yanaşı, ekspert, quru qoşunlarının sayı, həmçinin yüksək dəqiqli silahlar sahəsində də Rusiyanın ABŞ-dan geri qaldığını qeyd edib.

“Bu baxımdan, hərbi istehsalın və dövlətin müdafiə sisteminin həcmini azaltmaq yox, artırmaq lazımdır. Müdafiə Nazirliyi yeni dövlət silahlanma proqramı üçün 30 trilyon rubl məbləğində maliyyə ayrılmasını xahiş edir”, – deyə ekspert bildirib.

Konstantin Sivkov 2018-ci ilin fevralında asteroid təhlükəsinin aradan qaldırılması üçün termo-nüvə meqa-raket yaradılması məqsədilə 210 milyard dollar ayrılmasını təklif edib. Eləcə də, ABŞ-la Rusiya arasında ehtimal olunan müharibədə Ukraynanın rolunun yüksək olacağını ifadə edib.

Heybət Əmrah

Bastainfo.com