Sahib Aslanov-60

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta” ya daxil olan məlumata görə partiyanın başqanı Arif Hacılı partiya fəalı Sahib Aslanovu 60 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Sahib bəy!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz ilk gündən Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın istiqlalı və azadlığı uğrunda gedən mübarizənin fəal iştirakçılarından biri olmusunuz. Xalq Hərakatı zamanı AXC-nın Qəbələ şöbəsinin fəallarından biri olaraq siyasi fəaliyyətinizdə və özəl həyatınızda vicdanlılıq, cəsarət, vətənpərvərlik, fədakarlıq, və ziyalılıq nümunəsi göstərmisiniz. Milli hakimiyət dövründə Qəmərvan kənd icra nümayəndəsi olaraq bacarıqlı vəzifə adamı kimi ciddi işlər görmüsünüz.

Sonrakı illərdə Müsavat Partiyasına qoşularaq partiyanın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda apardığı mübarizədə fəal iştirak etmisiniz. Siz uzun müddət Müsavat Partiyası Qəbələ rayon təşkilatında özək sədri, şura üzvü kimi rayon təşkilatının və partiyanın güclənməsində qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, fəaliyyətimizin genişləndirilməsi üçün çalışmısınız.

Belə fəaliyyətiniz bu gün də davam edir. Siz həm də uzun müddət pedoqoji fəaliyyətlə məşğul olmusunuz, şərəfli pedoqoji fəaliyyətiniz dövründə, müəllim kimi bu şərəfli peşənin öhdəsindən layiqincə gəlirsiniz. Gənc nəslin təlim, tərbiyəsində mühüm rol oynayırsınız.

Çalışdığınız hər sahədə işinizə vicdanlı münasibətiniz, eyni zamanda fəal həyat mövqeyiniz cəmiyyətdə və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Əminəm ki, bizim Sizinlə qürur duyduğumuz kimi övladlarınız, yaxınlarınız, Sizi tanıyan hər kəs, Sizinlə daim qürur duyacaq.

Hörmətli Sahib bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, peşə fəaliyyətinizdə və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram”.

 

Bastainfo.com