Qurbanov “Qarabağ”ın futbolçusunu millidən qovdu

“Basta” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb “Qarabağ”ın müdafiəçisinin nizam-intizam qaydalarını pozmasıdır. İyirmi səkkiz yaşlı futbolçu Makedoniya yığmasıyla Antalyaya yoldaşlıq görüşünə aparılmayacaq.

Xatırladaq ki, millimizin baş məşqçisi Qurban Qurbanov Yunuszadə ilə Araz Abdullayevin adlarını Belarusla matçda iştirak ərizəsinə salmayıb. Buna səbəb onların oteldə yatıb qalaraq Qurbanovun oyunöncəsi iclasına gecikmələri ilə bağlı verilən cəza olub. Baş məşqçi matçdan sonra keçirilən mətbuat konfransında həmin futbolçulardan birinin Türkiyəyə aparılmayacağını istisna etməmişdi.

 

Bastainfo.com