Müsavat 4 rayonda müşavirə keçirdi

Müsavat Partiyası bu gün 4 rayonda zona müşavirəsi keçirib.

Müsavat başqanının müavini Razim Əmiraslanlının “Basta” ya verdiyi məlumata görə, Müsavat Partiyası Beyləqan, Ağcabədi, İmişli, Fizuli rayon təşkilatları rəhbərlərinin iştirakı ilə bu gün Beyləqan şəhərində zona müşavirəsi keçirilib.. Müşavirədə ictimai-siyasi vəziyyət, təşkilatların qarşısında duran vəzifələr, müxalifətin 31 mart tarixinə təyin etdiyi birgə mitinqə hazırlıq müzakirə edildi və müvafiq tapşırıqlar verilib.

Müşavirədə Başqan müavini Razim Əmiraslanlı, Təşkilat departamentinin müdiri Söhrab Məhərrəmov və MNTK üzvü Əliş Əzizov iştirak iştirak ediblər.Razim Əmiraslanli adlı şəxsin şəkli.

Razim Əmiraslanli adlı şəxsin şəkli.

Bastainfo.com