Qrudinin bığını qırxdı -video

Rusiyada keçirilən son prezident seçkilərindən sonra kuryoz hadisə baş verib. Belə ki, keçmiş prezidentliyə namizəd Pavel Qrudinin bığını qırxaraq, mübahisə etdiyi  jurnalist Yuri Duduya verdiyi sözü yerinə yetirib. O öz şəklini Instagram hesabında yayımlayıb, linki isə keçmiş namizədin saytında yerləşdirilib.

“Dünən MSK seçkilərin yekun nəticələrini elan etdi. Mən onlarla razı deyiləm, amma verdiyim sözə də əməl etməliyəm”- Qrudinin deyib. 

Qrudin 2018-ci ilin əvvəllərində nəşr olunan bir müsahibəsində Kommunist Partiyasının namizədinin prezident seçkilərində səslərinin 15%-dən az olacağı təqdirdə bığını qırxacağını söz verib. Mərkəzi Seçki Komissiyasının yekun hesablamalarına əsasən, Qrudininin topladığı səs ümumi səslərin 11,77 faizini təşkil edib.

Heybət Əmrah

Bastainfo.com