Arif Hacılı Kemerovo faciəsinə münasibət bildirdi

Rusiyanın Kemerovo şəhərindəki “Zimnyaya vişnya” ticarət və əyləncə mərkəzində baş verən yanğın nəticəsində azı 64 nəfərin həlak olduğu bildirilir.

Müsavat başqanı Arif Hacılı öz “Facebook” səhifəsində status yazaraq bu faciədə həlak olanlar barədə üzüntülərini dilə gətirib.

“Kemerovo şəhərində baş verən yanğın zamanı həlak olanların sayı 64 nəfəri keçdi. Yaralılar var. 
Həyatını itirənlər arasında çoxlu uşaqların da olması xüsusi sarsıdıcıdır. Yanğında həlak olanların doğmalarına və yaxınlarına baş sağlığı verirəm, yaralılara şəfa diləyirəm.” -Arif Hacılı bildirib

“Выражаю глубокие соболезнования родным и близким погибших при пожаре в городе Кемерово.” -Ариф Гаджили сказал.

 

Bastainfo.com