İraqdan Ərdoğanın Sincar əməliyyatına təpki

İraq Xarici İşlər nazirliyi Ərdoğanın İraqın Sincar bölgəsində əməliyyatlara başlaması barədə bəyanatına təpki göstərdi.

Fars Xəbər Agentliyinin yaydığı xəbərə görə Türkiyə dövlət başçısının bu sözləri İraq hökümətinin hiddətinə səbəb olub.

Fars Xəbər Agentliyi yazır ki,  Sky News kanalına verilən açıqlamaya görə İraq höküməti onun torpaqlarında aparılması planlaşdırılan bütün hücumlara səssiz qalmayacaq və cavab verəcək.

Qeyd edək ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən Türkiyənin İraqın Sincar bölgəsində bazar günü əməliyyatlara başladığını bildirib. Türkiyə iki gün əvvəl mənbələrin kürdlərin PKK militanatlarının ərazidən çəkiləcəyini bildirməsindən sonra bölgəyə hərbi müdaxilə ilə hədələyib.

“Biz Sinjara gedəcəyimi demişdik. İndi orada əməliyyatlar başlayıb. Döyüşlər daxildə və xaricdə aparılır”, Ərdoğan Trabzonda çıxışında deyib.

 

Könül. Alı

Bastainfo.com