Putinin xalqa müraciəti lağa qoyuldu
Rusiya saytlarında Putinin xalqa müraciəti lağa qoyulub. Bu gün dərc edilən yazıda deyilir:
Putin gözlənilmədən xalqa müraciət etdi, lakin yeni bir şey söyləməyib. O, indi Rusiyada zamanın çətin olduğunu bildirib. Prezidentimiz daim vəziyyətin mürəkkəbliyi barədə şikayətlənir. Nədənsə, hər dəfə onun üçün çətin olur:
2004 – Bu gün son dərəcə çətin şərtlər qarşısındayıq,
2008 – İndi biz yeni və daha mürəkkəb vəzifələrlə qarşılaşırıq,
2012 – Bu gün heç vaxt olmadığı kimi hər kəsin köməyinə ehtiyac var,
2014 – Tarixin bu mühüm anında xalq vətənpərvərlik nümayiş etdirməlidir,
2018 – Hazırkı şəraitdə çətin daxili və xarici vəziyyətlə üz-üzəyik.
Hər zamanki kimi, prezident bütün rusları “bu çətin dövrdə” birləşməyə çağırdı. Sadəcə, sıravi insanlar az yeyəcək və daha çox vergi ödəyəcəklər. Təqaüdçülərə, ümumiyyətlə, bu dünyada qalmamaq məsləhətdir.
Konstitusiyanın qarantı izah etdi ki, seçkilərdən öncə verdiyi bütün sözlər “indi edilə bilməz”. Nə qədər gözləməli olduğumuzu da demədi. Yəqin, 2024-cü il seçkilərindən sonra bilərik.
Dünyadakı ən dürüst MSK Putinin 76,79% səs qazandığını təsdiqlədi. Heç kim şübhə etmədi. Bu faizlər hələ seçkilərdən əvvəl səslənirdi. Seçkilərin ədalətli olması da heç kimdə şübhə yaratmır. İnzibati resurslardan inanılmaz şəkildə istifadə, seçki pozuntuları haqqında saysız videolar da səhvdir, və ya artıq əhəmiyyətli deyil.
Ruslar öz seçimlərini etdi. Prezidentin dediyi kimi, çətin vaxtdır. Heç vaxt asan olmayacaq. Heç ümüd də etməyin, – yazı bu sözlərlə bitir.
Heybət Əmrah
Bastainfo.com