16 ölkədən Rusiyaya qarşı şok qərarlar!

ABŞ 60 Rusiya diplomatını çıxaracağını açıqladı. Bu qərarın ardınca Fransa və Almaniya da daxil olmaqla on altı ölkə Rus diplomatlarını qovmaqla  İngiltərəni dəstəkləməyə qərar verdi.

ABŞ prezidenti Donald Trump ABŞ-da 60 Rusiya diplomatının deportasiya ediləcəyini və Seattledaki Rusiya səfirliyinin bağlanacağını açıqladı.

Konsulluğun bağlanması üçün ABŞ-ın Dəniz donanması regiona yaxınlaşdı.

ABŞ rəsmiləri Böyük Britaniyada sinir qazı ilə zəhərlənmiş keçmiş rus agenti  Sergey Skripalı xatırladaraq, Rusiyanın kəşfiyyat hərəkətlərinin getdikcə daha aqressiv  olduğunu vurğulayıb.

Fransa və Almaniya da səkkiz rus diplomatını ölkələrindən çıxarmaqla Britaniyanı dəstəkləməyə qərar veriblər.

Bu qərarlar qəbul edildikdən dərhal sonra Polşa, Ukrayna, Çexiya, Litva, Latviya, Estoniya, Niderland, İtaliya, Finlyandiya da daxil olmaqla ümumilikdə 16 ölkə Rusiya diplomatlarını çıxarmaq qərarına gəlib.

Bu arada Kanada Rusiyanın 13 diplomatının qovulacağını açıqlayıb.

Bundan əlavə, İngiltərə Baş naziri Tereza Mey Rusiyanın xarici işlər naziri Lavrovla görüşlərin ləğv edəcəyini bildirib.

 

Heybət Əmrah

Bastainfo.com