“5 milyonluq İslam ordusu” mümkündürmü?

“The Express” qəzeti yazır ki, təxminən bir ay öncə Türkiyə dövlətinin ruporu olan Yeni Şafak qəzeti Erdoğan üçün “Təcili hərəkətə çağırış” başlıqlı məqalə dərc etmişdi, qəzetin internet saytındakı başqa bir məqalə isə belə adlanırdı: “İsrail əleyhinə İslam ordusu yaradılsa necə olar?”

BBC-nin xəbərinə görə, məqalədə İslam Əməkdaşlığı təşkilatının 57 üzvünə vahid ordu yaratmaq və İsrailə bütün tərəflərdən, eyni vaxtda hücum etmək çağırışı edilirdi.

Məqalədə deyilirdi: “Əgər İƏT-in üzv ölkələri hərbi ittifaq yarada bilsələr, bu, dünyanın ən böyük və ən güclü ordusunun yaradılması ilə nəticələnər. Bu ordudakı fəal hərbçilərin sayı 5 milyon 206 min 100 nəfərə çata bilər. Belə bir ordunun saxlanması 175 milyard dollarlıq büdcə tələb edərdi”.

Bu məqalənin içində çap olunmuş interaktiv xəritədə isə vahid müsəlman ordusunun İsrail üzərinə hücumu da təsvir edilir.

Məqalədə belə bir hücumun təfərrüatları açıqlanır. Qeyd edilir ki, ilk hücumda 250 min əsgərin iştirak edəcəyi gözlənilir.

“Regionların kritik məkanlarında yerləşən yer, hava və dəniz bazalarından istifadə olunacaq. Vahid bazalar qısa müddət ərzində tikiləcək. 500 tankı, 100 təyyarəni, 500 hücum helikopterini səfərbər etmək üçün çox vaxt tələb olunmayacaq” qəzet yazır.

“Express” yazır ki, Erdoğan bu məqaləyə konkret münasibət bildirməsə də, o öz çıxışlarında Osmanlı imperiyasının yenidən dirçəldilməsinə dair fikirlər səsləndirib.

Erdoğanı “tiran” adlandıran qəzet yazır ki, o indiyədək Qətər və Somalidə hərbi bazalar yaradıb və bu yaxınlarda Sudanla bu ölkənin Qırmızı dənizdəki adalarından birindən hərbi baza kimi istifadə edilməsinə dair saziş imzalayıb.

Erdoğan, Türkiyə, Suriya qaçqınları, Türkiyəyə yerləşən Suriya qaçqınları Erdoğan 3,7 milyard avroluq təzminatın ödənməsi şərtiylə Avropadakı Suriya qaçqınlarına sığınacaq verilməsini təmin edəcək.

Bundan başqa Erdoğan Yunanıstana məxsus adaların işğalından söz açıb və Suriyaya hərbi müdaxilə edib.

Türkiyə prezidenti onun hüdudsuz hakimiyyətini tənqid edən jurnalistləri və fəalları həbs etdirib.

Buna baxmayaraq, Avropa İttifaqı öz üzvlərini Türkiyə ilə imzalanmış saziş əsasında Ankaraya ayrılmış 3,7 milyard avroluq təzminatın ödənilməsini təsdiq etməyə çağırır. Türkiyə bu pulun müqabilində Suriya qaçqınlarına sığınacaq verilməsi yükünü öz üzərinə götürüb.

Brüssel hazırda Avropa ölkələrinin büdcəsindən Türkiyə üçün əlavə olaraq 2,7 milyard avroun ayrılmasına çalışır.

Avropa İttifaqının heç də bütün üzvləri belə bir vəziyyətdən məmnun deyillər.

Avropa İttifaqının Erdoğanla münasibətləri kifayət qədər gərgindir.

Buna baxmayaraq, Amerikanın Politico saytı yazır ki, Avropa İttifaqı Türkiyəyə miqrantlar üçün ayrılmış pulun necə xərclənməsinə müdaxilə etməyəcək.

Avropa İttifaqının rəsmiləri martın 26-da Erdoğanla Bolqarıstanın Varna şəhərində görüşüblər.

Avropanın miqrasiya məsələləri üzrə rəsmisi Dimitris Avramopoulos çərşənbə günü Suriya qaçqınları ilə bağlı layihələrə ayrılacaq əlavə büdcəni elan edə bilər.

Türkiyədə hazırda 3,5 milyon Suriya qaçqını var və Avropa bu qaçqınların problemlərinin həll edilməsinə ayrılmış ilk 3 milyard dollarlıq tranşı xərcləməyə başlayıb.

 

Bastainfo.com