Böyük Britaniya mənşəyi bilinməyən Rusiya mülkiyyətinin həbsinə başladı

Britaniya Rusiya vətəndaşlarının maliyyəsi şübhə doğuran  əmlakının həbsinə order  verib.

Bu barədə dünən  Birləşmiş Krallığın müdafiə naziri Gavin Villiamson tərəfindən Tallində təşkil edilən mətbuat konfransında məlumat verilib.

“Önümüzdəki həftə və aylarda hökumət problemin həlli ilə bağlı gərgin işə başlayacaq. Artıq mənşəyi məlum olmayan əmlakın həbs qərarı ortadadır, tezliklə zəruri addımların şahidi olacağıq, –  Delfi portalı Villiamsondan sitat gətirir.  

Britaniya məhkəmələrinin yanvarın 31-dən ölkə ərazisində xarici sərmayədarların aktivlərini araşdırmaq üçün əmlak vəziyyəti haqqında sorğular göndərmək imkanları yaranıb. Bu il qəbul edilmiş “kriminal maliyyə haqqında” qanun  Britaniya dövlət orqanlarına 50 min£-dan (71 min $) artıq dəyərində daşınmaz əmlak sahibləri və şirkətlərdən vəsaitlərin mənşəyi ilə bağlı hesablara izahat tələb etmək imkanı  verir

İstifadəçi uyğun izahat verə bilməsə, onun əmlakı üzərinə həbs qoyulacaq. Yeni qaydalar eyni zamanda, “siyasi əhəmiyyətli şəxslərə” də tətbiq ediləcək.

İngiltərənin xarici işlər naziri Boris Johnson martın 15-də ölkəsində Rusiya prezidenti Vladimir Putinə  bağlı zəngin rusların aktivlərinin həbsi mümkünlüyünü istisna etməyib.

Qeyd edək ki, Britaniya ilə Rusiya arasındakı münasibətlər keçmiş xəfiyyə polkovnik Sergey Skripal və qızı Julianın zəhərlənməsindən sonra gərginləşib.  İngilislər baş vermiş hadisədə Rusiyanı ittiham edir. Rusiya tərəfi ittihamları qətiyyətlə rədd edir.

Heybət Əmrah

Bastainfo.com