Kemerovoda xaotik mitinq: Putinin istefası tələb edildi – VİDEO (YENİLƏNİB)

Rusiyada bu gün səhər saatlarında Rusiyanın Kemerovo şəhərində başlayan mitinq davam edir. Bu haqda Dojd TV-yə mitinq iştirakçıları məlumat verib. 

Bildirilir ki, 5 minə yaxın insanın iştirak etdiyi mitinqdə “İstefa” şüarları davam edir.

“İnsanlar qəzəb içindədir. Ətrafda zirehli maşınlar və hərbçilər var. Hökümət strukturları mitinqdən canlı yayımı əngəlləmək üçün interneti kəsib”, – mitinq iştirakçısı Dojd TV-yə məlumat verib. 

***

Martın 27-də səhər saaatlarında Rusiyanı Kemerovo şəhərində minlər insanın iştirakı ilə xaotik etiraz mitinqi keçirilib.

Şəhər administrasiyasının qarşısına toplaşan əhali “Zimnyaya vişnya” ticarət mərkəzində baş vermiş yanğına görə bütün həqiqətlərin ictimaiyyətə açıqlanmasını tələb ediblər.

Qeyd edək ki, həmin ticarət mərkəzində baş vermiş yanğında rəsmi məlumata görə 64 nəfər həlak olub. Sosial şəbəkələrdə isə ölənlərin sayının 350 nəfər olduğu barədə xəbərlər yayılıb. Bu arada yerli jurnalistlər yanğın nəticəsində ölən azı 5 uşağın adının FHN açıqladığı siyahıya düşmədiklərini müəyyən ediblər.

“Hanı Putin? Hanı Tuleyev?”, – etirazçılar narazılığını bildirib. Həmçinin “В от-став-ку” (İstefa) şuarları səsləndirilib.

Bundan sonra Kemerevo şəhərinə qoşun yeridilib. Ordunun müşayəti ilə Putin faciə qirbanlarının saxlandığı morqa gedib. Rusiya prezidenti burada verdiyi açıqlamada yanğına görə bütün günahkarları cəzalandıracağını deyib.

 

Bastainfo.com