NATO 7 Rus diplomatının akkreditasiyasını ləğv etdi

Rusiya və İngiltərə arasında baş verən agent böhranından sonra NATO qurumda 7 rus diplomatının akkreditasiyasını ləğv etdi.

Keçmiş rus agent Sergey Skripal və onun qızı Böyük Britaniyada sinir qazı ilə zəhərləndikdən sonra başlayan diplomatik böhran böyüyür. ABŞ və 14 AB üzvü Rusiya diplomatlarını xaric etmək qərarına gəldikdən sonra NATO da 7 rus diplomatının akkreditasiyasını ləğv edib.

Digər tərəfdən, İrlandiya Respublika Xarici İşlər Nazirliyi rus diplomatlarının deportasiya ediləcəyini açıqladı.

Rusiyanın Vaşinqton səfiri Anatoli Antonov ABŞ-ın ikitərəfli əlaqələrdə kiçik rol oynadığını ifadə edərək, “ABŞ yalnız gücdən anlayır”, – deyib.

 

Heybət Əmrah

Bastainfo.com