Putinin prezident seçkilərində qəribə təsadüfi yanğınlar

Rusiyanın Yandex saytının müəllif yazıları səhifəsində (https://zen.yandex.ru/politlikbez) Putinin hər dəfə prezident seçkiləri zamanı yanğınlarla müşayiət olunan qəribə təsadüflər yada salınır. Yazıda Rusiyanın “Birinci Kanal”ı “telekanalizasiya” adlandırılır.

Müəllif yazır:

“Rusiya telekanalizasiyası olan “Birinci Kanal”ın fikrincə, əsas xəbərlər əlbəttə, Putinin yenidən seçilməsi, “ölkə öz seçimini etdi” – zombi zövqülə bəzədilmiş xəbərlərdir. Televiziya 64 nəfərin diri-diri yandığı Kemerovo xəbərlərinin sadəcə, fərqində deyil. Necə ki, Volokolamskdakı ekoloji fəlakət fərq edilməmişdi.

 

Rusiyada Putinin hər dəfə növbəti prezident seçilməsi ilə yanğınlar baş verir. 2000-ci ildə ilk seçilməsindən dərhal sonra Ostankino TV qülləsində  yanğın baş verdi.

2004-cü il seçkilərində isə Kremldə Manej tamamilə yandı.

 

Heybət Əmrah

Bastainfo.com