Arif Hacılı: “Martın 31-də haqsızlığa mübarizə meydanı Məhsul stadionu olacaq”

Müsavat başqanı Arif Hacılı öz “Facebook” səhifəsində status yazaraq mitinq çağırışı etdi.

“Martın 31-də Müsavat Partiyasının Milli Şura ilə birlikdə keçirdiyi növbəti mitinqimiz olacaq. 

Bu icazəli mitinqdir. 

11 aprel seçkilərinin mahiyyətləri haqqında danışılacaq. 

Televiziyalardan fasiləsiz olaraq səslənən yalanlara, böhtanlara cavab veriləcək.

31 mart soyqırımının 100 illiyi günündə soyqırım qurbanları anılacaq, bu hadisələr haqqında həqiqətlər deyiləcək.

Martın 31 də haqsızlığa mübarizə meydanı Məhsul stadionu olacaq. 

Sən də gəl. Hüquqi dövlət, azad cəmiyyət uğrunda mübarizə tariximizin iştirakçısı ol!”Arif Hacılı adlı şəxsin şəkli.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şura və Müsavat Partiyasının martın 31-də saat 15:00-da “Məhsul” stadionunda nəzərdə tutduğu aksiya ilə bağlı müraciətə müsbət cavab verib.

Aksiya “Azad seçki!”, “Korrupsiyaya yox!”, “Monarxiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!”, “Erməni terrorunu lənətləyirik!”, “Beynəlxalq ictimaiyyət ermənilərin azərbaycanlılara qarşı soyqırımına hüquqi-siyasi qiymət versin!”  şüarları altında keçiriləcək.

 

Bastainfo.com