Dövlət Departamenti Rusiyanı “dəniz əjdahası”na bənzətdi

ABŞ Dövlət Departamentinin sözçüsü Xezer Noert Vaşinqtonda keçirdiyi ənənəvi brifinqində Rusiyanı “Dənizin dərinliklərində gizlənən əjdaha” adlandırıb. 

Assoşieyted Press agentliyinin müxbiri brifində soruşub ki, ABŞ-dan Rusiyanın 60 diplomatının çıxarılmasından sonra Amerikada keçiriləcək seçkilər daha təhlükəsizlik olacaqmı.

Bu suala cavab verən sözçü “Biz seçkilərin təhlükəsizliyinin tam təmin ediləcəyini deyə bilmərik, çünki Rusiyanın əlləri və toxunqacları uzundur, onlar həm ABŞ-da, həm də dünyanın başqa ölkələrində keçirilən seçkilərə yenə maraq göstərəcəklər” deyib.

Jurnalisin “toxunqaclar” sözünə təəccüb etməsindən sonra isə Xezer Nouert fikirlərini belə konkretləşdirib: “Bəli, əllər və toxunqaclar, bu (yəni Rusiya), dənizin dərinliklərində gizlənən əjdahadır”.

 

Mustafa Hacıbəyli,

Bastainfo.com