İnsanda yeni orqan kəşf edildi

Türk saytlarının yaydığı xəbərlərə görə, ABŞ mütəxəssisləri insan bədənində yeni orqan kəşf ediblər. Elm adamları kəşfin xərçəngin bədəndə necə yayıldığının aydınlaşmasına kömək olacağını güman edirlər.

Araşdırmaçılar  uzun zamandır sıx, bir-birinə bağlı toxumalar olaraq qəbul edilən quruluşun əslində maye dolu hissələrdən əmələ gəldiyini və “interstisyum” adı verilən bədənin ən böyük orqanlarından biri olduğunu kəşf etdilər.

Dərinin altındakı bu hissələr eyni zamanda bağırsaq, ağciyər, damarlar  və əzələlərin xaricindəki təbəqələrdə də tapılıb. Onlar  güclü, elastik zülallar vasitəsi ilə bir şəbəkə yaradirlar.

 “İnterstisyum” əslində bədənin ən böyük orqanlarından biri olmasına baxmayaraq, daha əvvəl elmə məlum deyildi. Kəşfi aparan qrup bu hissələrin toxumaları zədə almaqdan qorumaq üçün bir “zərbə qaşılayan” işi gördüyü fikrini irəli sürüb.

Israil Tibb Mərkəzinin həkimləri  David Corr- Loce və Petros Benias bir xəstənin öd yolunda xərçəngə aid izlər axtararkən gördükləri boşluqlar haqda Nyu York Universitetinin Patologiya üzrə mütəxəssisi Neil Theise ilə məsləhətləşdilər.

Mütəxəssislər insan toxumalarına baxmaq üçün istifadə olunan üsulların toxumalardaki mayeni çəkməsi səbəbindən “interstisyumların” gözdən qaçırıldığını açıqladılar.

Onlar  bu quruluşun sadəcə öd yollarinda deyil, bir çox daxili orqanlarda da, bədənin  immunitet sistemini tənzimləyən limfa vəzilərində də olduğunu kəşf etdilər.

Həkimlər xərçəng hüceyrələrinin “interstisyum” vasitəsilə limfa sisteminə girdiyini bildirirlər. Bir başqa cür desək, “interstisyumun” xərçəng hüceyrələrinin bədənə yayilmasinda bir yol  missiyası yerinə yetirə bilər.

Mütəxəssislər bu yeni orqanın işini öyrənməyin yeni xərçəng testləri tapılmasına kömək ola biləcəyini deyirlər.

Heybət Əmrah

Bastainfo.com