Amerika prezidentinə qarşı məhkəmə iddiası açıldı

ABŞ prezidenti Donald Trampın “xarici ölkələrdən hədiyyələr aldığı” iddiası ilə məhkəmə prosesinin qismən davam etdirilməsinə icazə veriib.  

Qərarı verən Maryland əyalətinin hakimi Peter Messitte işlə əlaqəli prokurorlara sadəcə Vaşinqtonda yerləşən “Tramp International Otel”ə diqqət etmək lazım olduğunu, Trampın Floridadaki  və digər əmlakının  iddia xaricində olduğunu bildirib.

Hakim qərarında birbaşa “Tramp xarici ölkələrdən hədiyyələr alaraq əlavə gəlir təmin edir” iddiasına, “Tramp International otel” haqqında  iddialara baxılacağını söyləyib.

Messitte qərarında ABŞ-a gələn xarici nümayəndə heyəti və təmsilçilərin xüsusilə Trampa müsbət mesaj vermək üçün “Tramp Beynəlxalq Otel”də qalmağı üstün tutduqlarını, bununla  da bölgədəki digər otellərin ədalətsiz rəqabət yolu ilə sıxışdırıldığı iddiasına da diqqət çəkib.

Peter Messitte Trampın Amerika Birləşmiş Ştatlarının prezidenti olduğunu və xarici nümayəndə heyətlərinin otelə “əlaqə” olaraq baxdığından ortada gəlir fərqi olduğunu qeyd edib.

Maryland və Vaşinqton şəhər prokurorları iyun ayında “Tramp Beynəlxalq Otel”də bölgədəki digər otellərin və biznesin haqsız rəqabətə məruz qaldığını iddia edərək, otelə xüsusi vergi endirimləri  alındığını və  Donald Trampın xarici ölkələrdən gəlir qazandığını iddia edirlər.

Bənzər şikayətlərlə dekabr ayında Nyu-Yorkda açılmış olan iddia federal məhkəmə tərəfindən rədd edilmişdi.

ABŞ Konstitusiyasında  prezidentlərin vəzifəyə gəldikdə “Xarici  dövlətdən  hədiyyə, qazanc və səlahiyyət gətirə biləcək bir şeyi qəbul edə bilməyəcəkləri”  (Emoluments Clause)  haqda qanun  var.

Birləşmiş Ştatlardakı bir qrup hüquqşünas  Prezident Trampın  konstitusiyanı pozaraq  bir çox investisiyalar vasitəsilə  xarici əməliyyatlardan  gəlir qazanmağa davam etdiyini iddia edir.

Heybət Əmrah

Bastainfo.com