Bakıda Azərbaycan-İran biznes forumu keçirilib

Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhani biznes forumda iştirak edib.

Prezident İlham Əliyev və prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını edib. Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub.

Daha sonra Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın sərmayə yatırdığı İranın Astara Yük Terminalına dair videoçarx nümayiş etdirilib.