Malala Yusifzai altı ildən sonra Pakistana dönüb

Nobel sülh mükafatı laureyatı Malala Yusifzai qızların təhsil almasını təbliq etdiyinə görə altı il əvvəl Taliban tərəfindən başından güllələndikdən sonra ilk dəfə Pakistana dönüb.

Rəsmilər 20 yaşlı qlobal təhsil fəalının bu gün İslamambadda təyyarədən endikdən bir neçə saat sonra baş nazir Şahid Abbasi ilə görüşdüyünü bildirib. Onun vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşü nəzərdə tutulub.

2014-cü ildə ilk ən gənc Nobel Mükafatı qalibi olan fəal Oksford Universitetində təhsilini davam etdirməsi ilə yanaşı qızların təhsil almasını təbliğ etməyi də davam edir.

Pakistanda Taliban təşkilatı 2012-ci ildə Malala Yusifzainin güllələnməsinə məsuliyyəti üzərinə götürüb və bir daha onu hədəf alacağını bildirib.

Qrup gənc fəalı qərb mədəniyyətini təbliğ etməkdə təqsirləndirir.

 

Amerikanın Səsi