Rumınya və Moldova birləşmə yolunda

BBC türk dilində saytı xəbər verir ki, Rumınya parlamenti Moldova ilə birləşmək çağrışı edən bir “niyyət bəyannaməsi” qəbul edib. Sosial Demokrat Partiyasının lideri Liviu Dragnea  “Mən Rumıniyanın Moldaviya ilə Avropa birliyində tək bir millət olaraq yer almasını istəyirəm” – deyib.

Rumıniya parlamenti tarixində “Bessarabiya” olaraq xatırlanan bugünkü Moldova torpaqlarının Rumınya ilə birləşməsinin 100 illiyi münasibətilə keçirilən ortaq xatirə yığıncağında Moldova ilə birləşməyə niyyət bəyanatı yayılıb.

Bu bəyanat Rumınya xalqının Moldova ilə birləşmə arzusunu dilə gətirir və bu birləşmənin Moldova xalqının qərarı ilə həyata keçəcəyini, Rumunya xalqının buna artıq hazır olduğunu vurğulayır.

Bəyannamə Bessarabiya bölgəsinin “Ana vətən” ilə birləşməsinin 100-cü ildönümündə bu bölgənin bugünkü adı olan Maldovanın və Rumınyanın yenidən birləşməsi səylərinin hüquqa söykənən və haqlı bir səy olduğunu da göstərir.

Dragnea 1975-ci il Helsinki Avropa Təhlükəsizliyi və Əməkdaşlıq Konfransı nəticə sənədinin səkkizinci maddəsinə diqqət çəkib. Rumınyalı siyasətçi bu maddənin Avropa xalqlarının “bərabərlik və öz müqəddəratını təyin etmək” haqqında olduğunu bildirərək, “Almaniya da bu maddəyə istinadən yenidən birləşmişdir”, – deyib.

Rumınların tarixində bütün “Böyük Rumıniyanın” parçası olaraq gördükləri Boğdan və Bessarabiya bölgələri 19-cu əsrdə Osmanlı və Rusya müharibəsi nəticəsində Osmanlı İmperatorluğundan Rusyanın əlinə keçib.

Rumınya parlamentinin “Rumın xalqının və Rumınyanın birləşməsi” başlığı ilə təşkil etdiyi bu yığıncağına  Moldova parlamenti və Moldova hökumətinin nümayəndələri də qatılıblar.

Moldova parlamentinin sədri Adrian Candu çıxışında Moldovanın Rumıniyanın dəstəyinə ehtiyacı olduğunu bildirib. Avropa ilə birləşməyə gedən yolda körpülərin inşasının ancaq Rumunyanın köməyi ilə mümkün olduğunu bildirib.

Macar siyasətçi hər şeyə rəğmən Rumınya parlamentinin bu qərarının  nümunə olacağını, Rumınyada yaşayan Macarların öz hüquqlarını əldə etmək baxımından onları təşviq edəcəyini deyib.

Keçmiş Bessarabiya bölgəsinin Rumınya ilə birləşməsi layihəsinə Ukrayna və Rusyanın necə reaksiya verəcəyi də maraq doğurur.

Moldovanın Dnestryanı bölgəsində rus əsgərlərinin yerləşdiyi baza da var.

Rumunya isə son dövrdə öz torpaqlarında getdikcə artan bir şəkildə NATO və Amerika Birləşmiş Ştatlarının hərbi varlığına icazə verir.

Heybət Əmrah

Bastainfo.com