Rusiyadan əks-hücum: ABŞ-ın Sankt-Peterburqdakı konsulluğu bağlanacaq

Rusiyanın xarici işlər naziri Serqey Lavrov bildirib ki, Kreml rusiyalı diplomatları qovan qərb ölkələrinə qarşı adekvat  addımlar atacaq. 

Lavrov bəyan edib ki, Rusiya ABŞ-ın Sankt-Peterburqda konsulluğunu fəaliyyətinə verilən razılığı ləğv edəcək, – TASS məlumat verir. 

Qeyd edək ki, Böyük Britaniyada rusiyalı cəsus Serqey Skripal və onun qızı sinir qazı ilə zəhərləndikdən sonra rəsmi London bu cinayətin arxasında Kremlin durduğunu bəyan edib. Britaniya hökumətinin çağırışı ilə NATO üzvü olan 25-dən artıq qərb dövləti müəyyən sayda rusiyalı diplomatların qovulmasına qərar verib.

 

Bastainfo.com