Səudiyyə Ərəbistanı günəş enerjisi istehsalına 200 milyard dollar yatırır

Səudiyyə Ərəbistanı hökuməti ilə Yapon SoftBank arasında imzalanmış 200 milyard dollarlıq investisiya sazişi ilə dünyanın ən böyük günəş enerjisi layihəsinə start verildi.

Layihədə 200 qeqavatlıq günəş enerjisi sahəsinin tikintisi nəzərdə tutulur. Bu, 100 qeqavatt günəş enerjisi gücünə malik olan anoloji Çin istehsalından iki dəfə yüksəkdir.

Dünyanın ən böyük neft ixrac edən ölkəsi Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman və SoftBankın təsisçisi Masayoşi Son  ABŞ-da mətbuat konfransı keçirərək sözügedən layihənin təqdimatını keçiriblər.

Layihənin mühüm addım olduğunu söyləyən Şahzadə Məhəmməd deyib ki, bu, insanlıq tarixində çox böyük addımdır, iddialı və riskli bir layihədir.

Səudiyyə Ərəbistanı tərəfindən planlaşdırılan nəhəng günəş enerjisi layihəsi ölkənin elektrik enerji istehsalını üç dəfə artıracağı gözlənilir.

Ölkənin üçdə ikisi təbii qaz, qalan hissəsi isə neftlə istehsal olunan elektrik enerjisinin həcmi 2016-cı ilədək 77 qeqevatt olub.

SoftBank təsisçisi Masayoşi Sonun sözlərinə görə, layihə 100 min nəfərlik iş yeri yaradacaq.

Nəhayət, “Səudiyyə Ərəbistanı möhtəşəm bir günəşə malikdir, panellər üçün geniş yerlər və bacarıqlı mühəndislər var”, – deyə bank nümayəndəsi bildirib. 

Heybət Əmrah

Bastainfo.com