SON DƏQİQƏ: FETO əməliyyatı çərçivəsində 70 hərbçi həbs olundu

Türkiyədə FETO/PYD(Paralel Devlet Yapılandırılması) cinayət işinə görə daha 70 hərbçi həbs olundu.

Konyada FETO/PYD(Paralel Devlet Yapılandırılması) çərçivəsində açılan cinayət işinin yekunu olaraq 47-si zabit, 23-ü kiçik zabit, bütünlükdə 70 vəzifəli hərbçi barədə həbs qərarı çıxarıldı.

“Basta” Türkiyənin “Hürriyyet” qəzetinə istinadən xəbər verir ki, Konya Cümhuriyyət Baş Prokurorluğunun çıxardığı qərarda bütün şübhəlilərin hər birinin öz evlərində örgütün təşkilatlanmasına rəhbərlik edən şəxslər olduğu sübut olunub.

Məlumata görə Konya Cümhuriyyət Baş Prokurorluğunun “FETÖ/PDY soruşturması” çərçivəsində həbs edilən əsgərlərin və imamların verdiyi ifadələrə əsasən Türk Silahlı Qüvvələrində yerləşdirilən şübhəli əsgər və gizirlərin də FETO ilə əlaqəli olduğu ortaya çıxıb. 

Xəbərdə Türk Silahlı Qüvvələrinə yerləşdirilən örgüt üzvlərinin də artıq təhsil aldıqları məktəblərdə aşağı siniflərdən örgütə dəstək üçün yetişdirildiklərini bildiklərini etiraf ediblər.

 

Könül Alı

Bastainfo.com