Rusiyada etirazçılar administrasiya binasını mühasirəyə aldı

Rusiyanın Volokolamsk şəhərinin sakinlərini martın 29-da Moskva vaxtı ilə saat 22 radələrində xaotik mitinqə başlayıblar.

Sosial şəbəkələrdə yayılan məlumata görə, aksiyada 5 minə yaxın insan iştirak edir. Etirazçılar şəhər administrasiyasının binasını mühasirəyə alıblar.

Aksiya iştirakçıları kimyəvi zavodların fəaliyətinə görə havada toksik qazların çoxalmasına etiraz edir, insanların həyat və salamlığı üçün bu təhlükənin aradan qaldırılması üçün bölgədə fövqəladə vəziyyətin tətbiq olunmasını tələb edirlər.

Qeyd edək ki, 3 gün əvvəl Rusiyanın Kemerovo şəhərində xaotik etiraz aksiyası keçirilib. 

***

Şəhər rəhbərliyinin təmsilçisi Pyotr Lazarev mitinq iştirakçılarının qarşısına çıxıb və etirazçıları sakitləşməyə çağırıb.

“Biz iclas keçirdik və fövqəladə vəziyyətin tətbiq olunması barədə qərar verdik. Biz sizin etiraz səsinizi eşitdik”, – “Qovirit Moskva”nın məlumatına görə, Lazarev belə deyib.  

 

Bastainfo.com