ABŞ rus güləşçilərinə viza vermədi

Amerika Birləşmiş Ştatları Sərbəst Güləş Dünya kuboku üçün Rus komandasına viza vermədi. Rusiya Xarici İşlər Nazirliyi  Amerikanın artıq  beynəlxalq müsabiqələrə ev sahibliyi etmək qabiliyyətini itirdiyini bildirdi.

Amerika Birləşmiş Ştatlarında təşkil ediləcək Sərbəst Güləş dünya kuboku  ölkələr arası daha bir böhrana səbəb olub. Aprelin 5-də  ABŞ, Rusya, Gürcüstan,  Azərbaycan, Yaponiya,  Kuba,  İran,  Qazaxstan kimi ölkələrin idmançılarının  Lova şəhərində başlayacaq yarışlarına qatılmaq üçün rus idmançılarına viza verilməyib.

Milliyət qəzetinin xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında rus idmançıların yarışlara qəsdən buraxılmadığı deyilir. ABŞ-ın Moskvadakı səfirliyi Rusya komandasına viza görüşmələrini nizamlamayıb. Nazirliyin sözçüsü Zaxarova açıq şəkildə ayrı-seçkilik edildiyini söyləyib: ”Bu gündən etibarən ABŞ-da beynəlxalq idman tədbirləri keçirmək imkansız hala gətirilib”.

İştirakçı ölkələrdən İran isə yarışlardan  çəkilib. Dünya Güləş Federasiyasının  dünya kubokunun Ahvaz şəhərində  ev sahibi olaraq tanınmamasına etiraz edən iranlılar, ABŞ-dakı yarışlara qatılmamaq qərarı verib. İran və Rusya ilə əlaqəli söz-söhbətlərin ardınca, ABŞ-ın sərbəst güləş turnirinə   Hindistan və Monqolustanı dəvət etdiyi, bu iki ölkə üçün viza prosesi başlatdığı deyilir.

Zöhrə Əmrah

Bastainfo.com