Müsavat Şəhidlər Xiyabanında soyqırım qurbanlarını andı

Martın 31-də ermənilərin Bakıda və ölkəmizin digər bölgələrində azərbaycanlılara qarşı soyqırım törətməsinin 100-cü ildönümüdür. 

Tariximizin bu qanlı səhifəsinin ildönümü ilə əlaqədar bu gün Müsavat Partiyasının rəhbərliyi və partiyanın bir qrup üzvü Şəhidlər Xiyabanında Bakının erməni-rus istilasından azad olunması uğrunda döyüşlərdə şəhid olan türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edi, abidə önünə gül dəstələri qoyublar.

Tədbirdə Müsavat başqanı Arif Hacılı və istiqlalçı millət vəkili İsgəndər Həmidov çıxış ediblər.

Arif Hacılının çıxışı:

İsgəndər Həmidovun çıxışı:

Çıxışlarda erməni-rus hərbi birləşmələrinin Azərbaycanda törətdiyi qətliam və ölkənin işğaldan azad olunması üçün canını fəda etmiş əsgərlərimizin qəhrəmanlığı qeyd edilib.

Qeyd edək ki, 1918-ci ilin 31 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni-rus silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğın törədiblər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

 

Bastainfo.com