Müsavatda 31 Mart soyqırım qurbanlarının xatirəsinə tədbir keçirildi- Foto/Video

 

Bu gün Müsavat Partiyasının mərkəzi Qəraragahında 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib.

Günorta saatlarında Şəhidlər xiyabanındakı “Türk şəhidliyi”ni ziyarət edən müsavatçılar 31 mart soyqırımının qurbanlarını Müsavat Qərargahında davam edən rəsmi tədbirdə anaraq faciədən danışıblar.

Tədbirdə müsavatçılarla yanaşı bir çox tanınmış ziyalılar, ictimai-siyasi xadimlər də iştirak edib.

Çıxış edənlər 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatması,  Şaumyanın (“Bakı Soveti”) tabeçiliyindəki daşnak-bolşevik hərbi qüvvələri (10 min silahlı, Bakı buxtasındakı hərbi gəmilər) şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törətməsindən, təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı, ümumilikdə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilməsindən danışıblar. Qeyd eək ki, kütləvi qırğınlar Bakı ilə yanaşı Qarabağın azərbaycanlı kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam edib, 30 mindən çox müsəlman-türk, habelə digər qeyri-erməni millətindən olanlar — ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetirilib.

Anım tədbirində Milli Şuranın sədri Cəmil Həsənli, İstiqlalçı millət vəkili İsgəndər Həmidov, Müsavatın divan üzvü Elman Fəttah çıxış edib.





Bastainfo.com