Rusyadan cavab gəldi: İngiltərəyə diplomatların çıxarılması üçün bir ay vaxt verildi

Rusiya xəbər agentliyi Sputnik  xəbər verir ki, ikiqat agent Sergey Skripal və onun qızının İngiltərədə zəhərlənməsi  ilə qərbin qəzəbinə tuş gələn Rusiya bu gün cavab tədbirlərinə əl atıb. Moskvada əksər Qərb ölkələrinin nümayəndələri Xarici İşlər Nazirliyinə çağırıldı.

Beynəlxalq xəbər agentliyi Reuters isə Böyük Britaniyadan başqa Almanya, Fransa, İtaliya, Hollandiya, İsveç, Belçika, Avstraliya, Xorvat, Kanada, Çex, Polşa və Ukrayna nümayəndələrinin Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunmasını xəbər verib.

Ayrıca, İngiltərə səfiri Laurie Bristova etiraz notası təqdim edilib. Rusya İngiltərəyə diplomatlarını ölkədən çıxarılması üçün bir ay vaxt verib. Moskva Londondan diplomat sayının bərabərləşdirməsini istəyir.

Digər tərəfdən isə Rusiya Xarici İşlər Nazirliyindən səfirlərin çağırılmasının səbəblərini izah edən açıqlamada ‘Skripal iddiası” üzündən Rusiyaya qarşı “düşmənçilik” qərarları alındığı ölkələrin səfirlərinə etiraz notaları veriləcəyi və hər birinin Rusiyanın bu qərarlar qarşısında  atacağı addımlar haqqında məlumatlandırılacağı yazılıb.

İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın iki İtalyan diplomatını xaric etmək qərarına gəldiyini və bir həftə vaxt verdiyini açıqlayıb.

Sergey Skripal böhranında əsasən ABŞ başda olmaqla  14 Avropa Birliyi ölkəsi, Avstraliya, Kanada kimi ölkələrdən təxminən 200 Rusiya diplomatı “persona non qrata” elan edilib.

Rusiya dünən 60 Amerika diplomatını çıxarılacağını açıqlayıb.

Bu ayın əvvəlində İngiltərədə “Noviçok” sinir qazı ilə evinin qarşısında zəhərlənən Skripal və qızı Yulia hələ də xəstəxanada müalicə altındadır. Salisburry Dövlət Xəstəxanası Yuliyanın  reanimasiyadan çıxdığını, ancaq Skripalın vəziyyətinin hələ də kritik olduğunu açıqlayıb.

Moskvanın deportasiya edəcəyi diplomatların sayı:

İtaliya: 2 diplomat

Finlandiya: 1 diplomat

Polşa: 4 diplomat

Litva: 3 diplomat

 Hollandiya: 2 diplomat

Latviya: 1 diplomat

İsveç: 1 diplomat

Estoniya: 1 hərbi attaşe

Heybət Əmrah

Bastainfo.com