UEFA-dan Alban komandasına ağır cəza

UEFA  Albaniya komandası Skenderbeuya çox ağır cəza verdi. 2011-ci ildən bəri çox sayda maçtda hiyləyə əl atdığı müəyyən olunan Skenderbeu 10 illik müddətə Avropa oyunlarından uzaqlaşdırıldı.

Sporx.com saytının xəbərinə görə, Skenderbeunin 50 dən çox maçtda hiyləyə əl atdığını müəyyən edən UEFA  Alban komandasını ayrıca 1 milyon avroluq cərimə də edib.

Klubun səhmlərinin böyük əksəriyyətinə sahib olan Ardian Takaj UEFA-dan gələn cəza xəbərinə açıqlamasında “Gözləmədiyimiz bir qərar oldu. Biz günahsız olduğumuza inanırıq. Şikayət edəcəyik  və hüquqlarımızı müdafiə edəcəyik”, – deyə bildirib.

Zöhrə Əmrah

Bastainfo.com