Müsavat 11 aprel seçkiləri ilə bağlı görüləcək işlər barədə qərarlar qəbul etdi

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta” ya verilən məlumata görə, bu gün partiya Divanının növbəti iclası keçirilib.

İclasda 2 Aprel Şəhidlərinin xatirəsi yad edilib.

Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlərlə bağlı məlumat verib. Şirvan təşkilatının sədri Əlikram Xurşidovun məhkəməsi, 31 Mart soyqırımı ilə bağlı Müsavat Partiyasının Türk Şəhidliyini ziyarət etməsi və partiya qərargahında soyqırımla bağlı keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Divanda həmçinin 31 mart Müsavat Partiyası və Milli Şura tərəfindən təşkil olunmuş birgə mitinq müzakirə olunub.

Divan toplantısında Müsavat Partiyasının İsmayıllı rayon təşkilatının seçkili orqanlarının buraxılması, yeni Təşkilat Komitəsinin yaradılması haqda qərar verilib.

Bununla yanaşı bir sıra rayon təşkilatlarında konfransların keçirilməsi haqda fikir mübadiləsi aparılıb.  

11 aprel seçkiləri ilə bağlı görüləcək işlər barədə qərarlar qəbul edilib.

Divan iclasında dünyada gedən son siyasi proseslər xüsusi müzakirə edilib.

Sonda cari məsələlərə baxılıb.

 

Bastainfo.com