Qəza törədib qaçdı, tutulduqda oğlunu öldürdüyünü öyrəndi

Çində içkili sürücü motosikletlə gəzintiyə çıxan ana və oğlunu vurub hadisə yerindən qaçıb. Uşaq öldükdən sonra tutulan sürücü, vurub qaçdığı insanların oğlu və arvadı olduğunu öyrənib.

Hadisə Çinin Shangon əyalətində baş verib. Sürücü hadisə yerindən qaçanda ətrafdakılar ana və uşağı ən yaxın xəstəxanaya çatdırıb polisə xəbər veriblər. Uşaq yolda həyatını itirib, ağır yaralanan anası isə xəstəxanaya yerləşdirilib.

Hadisədən qısa müddət sonra tutulan sürücü isə öyrəndiyi  həqiqətlərdən şoka düşüb.

Polis atanın həyat yoldaşı və oğlu ilə birlikdə yaxınlarını görməyə getdiklərini, atanın evə öz maşını ilə qayıtmağa qərar verdiyini, bu zaman sərxoş  vəziyyətdə evə elektrik motosikleti ilə gedən  arvadı və oğlunu vurduğunu bildirib.

 

Heybət Əmrah

Bastainfo.com