Azərbaycanlı uşaq Rusiya səhnəsini fəth etdi – Video

8 yaşlı azərbaycanlı Namiq Cəbrayılov Rusiyanın “NTV” kanalında gedən “Sən supersən!” realiti-şousunda uğurlu çıxışı ilə tamaşaçıların qəlbini fəth edib.

O, müsabiqədə məşhur sovet hiti olan “Koroleva krasotı” mahnısını xüsusi istedadla ifa edib.

Münsiflərin sualına cavab olaraq Namiq Cəbrayılov rus dilinin onun üçün ikinci dil olduğunu açıqlayıb və doğma dilimizdə “Azərbaycan” mahnısını ifa edib.

Bastainfo.com