Ermənistan Rusiyadan yeni “İsgəndər” alacaq

Rusiya Ermənistana üçüncü kredit verməyə hazırlaşır. Bu vasitə ilə onlar növbəti partiya rus silahı alacaqlar. Bu barədə erməni qəzeti “Jamanak” xəbər verir.

Nəşriyyat qeyd edir ki, Rusiyanın bu krediti əvvəlkilərdən fərqli olaraq faizsiz olacaq və əsasən, ona “İsgəndər” raket kompleksi alınacaq.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl məlum olub ki, Rusiya Ermənistana 200 milyon dollar həcmində ilk kredit üzrə silah daşınmasını başa çatdırıb.

18 fevral 2016-cı ildə RF hökuməti və Ermənistan hakimiyyəti Yerevana 2018-ci ilin əvvəlinədək olan ödəmə möhləti ilə 10 illik dövlət ixrac kreditinin verilməsi üzrə razılaşma imzalayıblar.

Xəbər verilir ki, Ermənistan RF-dan yaylım atəşi açan “Qasırğa” reaktiv sisteminin açılışının quraşdırılması və ona “İqla-C” zenit raket kompleksinin, “Avtobaza-M” icraedici radiotexnika kəşfiyyatı yerüstü kompleksi, nəqliyyat-doldurma maşınları ilə ağır odpüskürən TOC-1A sistemləri, 9M113M idarə edilən raketlər, RPQ-26 qranatomyotları, Draqunov snayper tüfəngləri, “Pələng” zirehli vtomobilləri, texniki və əlaqə vasitələri alıb.

 

www.oxu.az