Ərdoğanla Netanyahu arasında kəskin deyişmə [Video]

Benyamin Netanyahu Ankaranın Qəzzada fələstinli etirazçılara qarşı zorakılğı tənqid etməsini rədd etdikdən sonra Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan İsrailin baş nazirini terrorçu adlandırıb. Bazar günü Adana şəhərində çıxış edən Ərdoğan İsrail liderininin işğalçı olduğunu, lakin İsrail xalqının onun etdikləri ilə razılaşmadığını deyib.

Ərdoğan və Netanyahu arasında kəskin deyişmə keçən həftənin cümə günü minlərlə fələstinlinin keçirdiyi nümayiş zamanı İsrail əsgərlərinin 15 nəfəri öldürməsindən, yüzlərlə insanı yaralamasından sonra başlayıb. İsrail hərbçiləri isə ordunun yalnız onlara hücum edənləri və ya sərhəd çəpərini sındırmağa çalışanları hədəf aldığını deyib.

İsrailin baş naziri Ərdoğanın tənqidlərini özünün Twetter səhifəsində rədd edərək, Türkiyənin qonşu bölgələrdə mülki vətəndaşlara qarşı atdığı addımları misal gətirib. Türkiyə prezidenti buna çıxışı zamanı cavab verib. “Ay Netanyahu! Sən işğalçısan! Siz o torpaqları işğal etmisiniz, eyni zamanda siz terrorçusunuz!”

Ərdoğan İsrailin fələstinlilərə etdiklərinin tarixə düşəcəyini və İsrail xalqının buna görə narahatlıq hissi keçirdiyini deyib.

Qahirədə keçirilən konfransda çıxış edən Misir və İordaniyanın xarici işlər nazirləri də İsrailin fələstinlilərə qarşı zorakılığını pisləyərək, bunu aqressiya adlandırıb. “Beynəlxalq ictimaiyyət fələstinlilərin hüquqlarının müdafiəsi üçün səsini ucaltmalı və sülhün bərpası yolunda daha çox işləməlidir” deyə, Misirin xarici işlər naziri Sami Şükrü bildirib.

Hər iki rəsmi Fələstin dövləti yaradılması ilə bağlı yeni bir təkliflə çıxış edilməsinə çağırıb. İordaniyanın xarici işlər naziri Ayman Səfadi: “İsrailin Fələstin xalqına qarşı həyata keçirdiyi zorakılıq bizi bir araya gəlib, bir yedə siyasi bir razılıq əldə etməyə və böhranın həlli yolunu tapmağa imkan vermir.”

İsrail və Fələstindən olan bir qrup etirazçı keçən bazar günü Tel-Əviv küçələrinə çıxaraq, böhranın sülh yolu ilə həllinə çağırıb. İsrail parlamentinin keçmiş rəhbəri Avraham Börq: “Bu nümayişlə biz həm hökumətə, həm də ictimaiyyətə müdafiənin vacib olduğunu, lakin sülhün ondan da vacib olduğunu çatdırmağı ümid edirik.”

Qəzza liderləri Fələstin qaçqınlarını onların İsrailin keçmişdə işğal etdiyi torpaqlarına qaytarılması tələbi ilə altı həftə nümayiş keçirməyi planlaşdırır.