Putin PKK terror təşkilatı haqda sualdan yayındı

Xəbər verildiyi kimi Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyədə rəsmi səfərdə olub. Bu səfərdə onu 8 nazir və xeyli sayda digər rəsmi şəxslər müşayiət edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Dövlət Başçısı Vladimir Putinlə görüşüb. Prezident İqamətgahında reallaşan mətbuata bağlı görüş saat yarım davam edib. Ərdoğan və Putin daha sonra “Türkiyə-Rusiya Üst Səviyyə Əməkdaşlıq Şurası Yığıncağı”na qatılıb.

İki liderin birgə mətbuat konfransı təşkil edilib.

Mətbuat konfransında Putin S-400 zenit raket kompleksləri haqqında: “Biz silahların çatdırılmasını sürətləndirməyə qərar verdik”, – deyib.

 Prezident Ərdoğan isə müdafiə sənayesində başqa iş birliklərinin də gündəmdə olduğunu söyləyib.

Terror təşkilatı PKK ilə əlaqədar suala isə Putin, “Terrorla mübarizə ilə əlaqədar əməkdaşlığımıza gəlincə, prioritet hədəfimiz Suriyanın ərazi bütünlüyüdür. İrəlidə Suriya məsələsilə əlaqədar Kürd xalqı Suriyanın gələcəyində öz müqəddəratını həll etmək hüququna sahibdir. Buradakı bütün proseslər maksimum şəkildə koordinasiya edilməyib. Bu olmazsa, yekun nəticəyə də çata bilməyəcəyik. Bu siyasi proseslərdə kimlər iştirak etməlidir; buna Suriya xalqı qərar verəcək”,- cavabını verib.

Heybət Əmrah

bastainfo.com