Vladimir Putinin Türkiyəyə rəsmi səfəri başladı

Rusiya prezidenti Putinin təyyarəsi Ankaraya enib.

Türkiyə saytlarıPutinin gəlişini belə şərh edib: “Putin prezident Ərdoğan ilə birlikdə Türkiyənin 60 illik röyası olan Akkuyu Nüvə elektrik stansiyasının açılışını edəcək”.

Moskvadan 8 nazirlə Türkiyəyə gələn Putini Ankara Esenboğa Hava limanında Türkiyənin Xarici İşlər Nazirinin müavini Əhməd Yıldız qarşılayıb.

Daha sonra, Putin onu müşayiət edən heyətlə birlikdə Türkiyə-Rusiya Üst Səviyyə Əməkdaşlıq Şurasının (ÜDİK) yeddinci konfransı və Akkuyu Nüvə Elektrik Stansiyasının rəsmi təməlqoyma mərasiminə qatılmaq üçün Prezident İqamətgahına gəlib.

Axşam saatlarında isə iki liderin Türkiyə-Rusiya əməkdaşlıq yığıncağına qatılması gözlənilir.

 

Heybət Əmrah

Bastainfo.com