Donald Tramp ABŞ qoşunlarını Suriyadan çıxarmaq istəyir

ABŞ prezidenti Donald Tramp ABŞ qoşunlarını Suriyadan çıxarmaq vaxtının gəlib çatdığına dair iddialarından geri çəkilmir. Vaşinqtondakı tərəfdarları isə onu bu fikrindən yayınmağa çağırır.

Amerikanın Səsi yazır ki, çərşənbə axşamı Ağ Evdə Baltikyanı ölkələrin liderlərinnin yanında çıxış edən Tramp Suriyadakı ABŞ qoşunları ilə bağlı fikirlərini dilə gətirib.

“Mən qoşunlarımızı geri gətirmək istəyirəm. Mən ölkəmizi bərpa etmək istəyirəm. Son üç ayda biz Yaxın Şərqdə 7 trilyon dollar xərcləmişik. Amma bunun heç bir xeyri yoxdur,” o deyib. 

Tramp deyir ki, Birləşmiş Ştatlar İslam Dövləti terror qrupuna qarşı mübarizədə uğur əldə edib, amma artıq onların geri dönmək vaxtı gəlib çatıb.

Prezident Donald Trampın Suriya ilə bağlı bəyanatlarına baxmayaraq,digər yüksək səviyyəli ABŞ rəsmiləri bu məsələyə daha tədbirli yanaşır və bildirir ki, “Biz İŞİD-ə qarşı döyüşmək üçün, Suriyadayıq, missiyamız isə hələ başa çatmayıb.”

Kürd və İraq rəsmiləri də İŞİD-in hələ də hədə olduğunu bir vaxtda, ABŞ-ın Suriyadan geri çəkilməsi ilə bağlı narahatlığını dilə gətirib.

 

Bastainfo.com