ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi (Yenilənib)

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda Birləşmiş Ştatların Maliyyə Nazirliyinin məlumat yayıb. 

Siyahıda Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərdə olan 24 biznesmen və məmurun adı olduğu bildirilir (Олег Дерипаска, Михаил Фридман, Алексей Дюмин, Сергей Фурсенко, Сулейман Керимов, Кирилл  Шамалов, Виктор Вексельберг, Андрей Акимов, Владимир Богданов, Олег Говорун, Владимир Колокольцев, Константин Косачев, Андрей Костин, Алексей Миллер, Николай Патрушев, Владислав Резник, Игорь Ротенберг, Евгений Школов, Андрей Скоч, Александр Торшин, Владимир Устинов, Александр Жаров, Виктор Золотов, Тимур Валиулин).

Bundan başqa Rusiyanın En+, «Ренова», «Русал», «Русские машины», «Рособоронэкспорт», B-Finance və daha səkkiz şirkəti sanksiya siyahısına düşüb. Bu şirkətlərin hesabları dondurulub, onlarla biznes əlaqələrinin qurulması qadağan edilib.

ABŞ Maliyyə Nazirliyinin yaydığı press-relizdə bu və ya digər məmurun hansı səbəbdən sanksiya siyahısına daxil edildiyi izah olunub. Məsələn, Oleq Deripaskanın “Çirkli pulların yuyulması, konkurentlərin həyatına təhlükə yaratmaq, qanunsuz telefon dinləmələri, soyğunçuluq və reketdə şübhəli olduğu” qeyd edilib. 

***

Bu gün, aprelin 6-da ABŞ administrasiyası Rusiyanın bir sıra siyasətçiləri və biznesmenlərinə qarşı yeni sanksiyalar açıqlayacaq. 

Bu haqda The Wall Street Journal dərgisi administrasiyadakı mənbələrə istinadən məlumat yayıb. 

Bildirilir ki, bu dəfəki sanksiyalar da Putinə yaxın olan siyasətçilərə və oliqarxlara şamil ediləcək.

Bu sanksiyalar Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə Kremlin müdaxiləsinə cavab olaraq tətbiq edilir. Bundan əvvəl ABŞ Rusiyanın 210 siyasət və biznesmeninə qarşı sanksiya tətbiq edib. Sanksiya siyahısında olanlara vizaların verilməsi və onlarla biznes əlaqələrinin qurulmasına məhdudiyyət qoyulur. Növbəti mərhələdə bu şəxslərin hesablarına həbs qoyulması nəzərdə tutulur.

 

Bastainfo.com