Almaniyada avtomobillə terror aktı: ölən və yaralananlar var

Almaniyanın qərbindəki Münster şəhərində dəhşətli terror aktı törədilib.

Reutersin məlumatına görə, terrorçu idarə etdiyi avtomobilli insanların istirahət etdiyi yol kənarındakı kafeyə sürüb.

İlkin Məlumata görə, 3 nəfər ölüb, 30-dan 50-dək insan yaralanıb. Onlardan 6 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Spiegel Online qəzetinin məlumatına görə,  terrorçu hadisədən dərhal sonra intihar edib. 

Münster şəhərinin mərkəzi küçələri bağlanıb, polis araşdırma aparır.

At least 3 people are dead and dozens more injured

 

Bastainfo.com